• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda üç nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb - YENİLƏNİB

HADİSƏ

18 Avqust 2026 | 16:34 | Müəllif: Gülşən Şərif

Bakıda üç nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb - YENİLƏNİB

"18.08.2026-cı il tarixində saat 00:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Əhmədli qəsəbəsi, E.Süleymanov küçəsi ərazisindən çağırış qeydə alınıb".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Oxu.az-ın Əhmədli qəsəbəsində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

"Təcili tibbi yardım briqadası tərəfindən üç nəfər (kişi) kəsilmiş, deşilmiş yaralar diaqnozu ilə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə hospitalizasiya olunub".

***

10:20

Bakının Xətai rayonunda üç nəfərin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.

Bakıvaxtı.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, Balakən rayon sakinləri - 1983-cü il təvəllüdlü Sərvər Qərib oğlu Kərimov, 1986-cı il təvəllüdlü Vidadi Famil oğlu Bubuşov və 1988-ci il təvəllüdlü Elnur Abdulla oğlu Xocaxov kirayə yaşadıqları evdə bıçaqlanıblar.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər üç şəxs xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. İlkin araşdırma zamanı hər üç şəxsin onlarla birlikdə kirayədə yaşayan şəxs tərəfindən bıçaqlandığı müəyyən edilib.

İlkin məlumata görə, hadisədən əvvəl mənzildə yeyib-içən şəxslər arasında mübahisə yaranıb. Mübahisə daha sonra bıçaqlanma ilə nəticələnib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Murad Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026