2019-cu ilin noyabrında ölkədə genişmiqyaslı etirazların sərt şəkildə yatırılması zamanı İran Daxili İşlər Nazirliyinin sözçüsü və nazir müavini olmuş Salman Səmani Kanada Federal Məhkəməsində apellyasiya müraciəti rədd edildikdən sonra bu ölkədən deportasiya edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Global News” məlumat yayıb.
Kanada Sərhəd Xidməti Agentliyi Səmaninin Kanadadan deportasiya edildiyini təsdiqləyib. O, Kanadanın 2022-ci ildə qəbul etdiyi və İran hakimiyyətinin yüksək vəzifəli şəxslərinin ölkədə olmasını qadağan edən siyasət əsasında deportasiya edilən ikinci İran rəsmisidir.
Səmani vəzifəsindən istefa verdikdən sonra turist vizası ilə Kanadaya daxil olmuşdu. Amma Kanada qanunlarına əsasən, insan hüquqlarını pozan hökumətlərin yüksək vəzifəli şəxslərinin ölkədə olmasına icazə verilmir. O, məhkəməyə müraciətində iddia etmişdi ki, İrana qayıdacağı təqdirdə işgəncə, edam və ya intihar təhlükəsi ilə üzləşəcək.
Bakı 



