• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Paşinyanın maaşı 80 faiz artacaq

DÜNYA

17 Sentyabr 2026 | 16:09 | Müəllif: Günəş Mərd

Paşinyanın maaşı 80 faiz artacaq

Ermənistan Baş nazirinin maaşının təxminən 80 faiz artırılması təklif olunur.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə “Dövlət vəzifələri tutan şəxslərin əmək haqqı haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub.

Hökumət tərəfindən təsdiqlənən qanun layihəsinin parlamentə təqdim edilməsi nəzərdə tutulur.

Hazırda Ermənistanın Baş naziri 1 milyon 498 min dram maaş alır. Yeni layihəyə əsasən, dövlət qulluqçularının baza əməkhaqqına tətbiq olunan əmsal 18-dən 32-yə qaldırılacaq. Nəticədə Baş nazirin aylıq maaşı 2 milyon 662 min drama, yəni təxminən 7 300 dollara yüksələcək. Vergilər ödənildikdən sonra məbləğin 5 470 dollar olacağı bildirilir.

Dəyişikliklə Baş nazirin maaşının Prezidentin əməkhaqqına bərabərləşdirilməsi də nəzərdə tutulur. Prezident üçün tətbiq olunan əmsalın da 20-dən 32-yə yüksəldilməsi təklif edilir.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR