• Bakı 27° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Türkiyədə mikroavtobus dərəyə aşdı: 4 ölü, 10 yaralı 

DÜNYA

18 Avqust 2026 | 16:36

Türkiyədə mikroavtobus dərəyə aşdı: 4 ölü, 10 yaralı 

Türkiyənin Sivas vilayətinin Suşehri rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Milliyet" qəzeti yazıb.  

Sivasdan Suşehri istiqamətində hərəkət edən, içərisində 14 sərnişinin olduğu 58 SG 604 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu D-865 avtomobil yolunda idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı baryerlərə çırpılıb, daha sonra şarampole aşaraq dərəyə yuvarlanıb. Hadisənin Geminbeli keçidi yaxınlığında, Elmaseki-Çokrak kəndləri ərazisində baş verdiyi bildirilir. 

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu açıqlanıb. Ağır yaralıların hava və quru təcili yardım maşınları ilə xəstəxanalara çatdırıldığı bildirilir. 

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı təcili tibbi yardım, jandarma, polis, yanğınsöndürmə və AFAD qrupları göndərilib. Xilasedicilər mikroavtobusda sıxışan sərnişinlərin çıxarılması üçün əməliyyat aparıblar. 

Qəzanın səbəbləri ilə bağlı araşdırma başladılıb. İlkin məlumatlarda mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində qəzanın baş verdiyi bildirilir.    

Günəş Mərd 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR