• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şoyqu: Rusiya ilə qarşıdurma Gürcüstanın xeyrinə olmayacaq

DÜNYA

17 Sentyabr 2026 | 15:53 | Müəllif: Gülşən Şərif

Şoyqu: Rusiya ilə qarşıdurma Gürcüstanın xeyrinə olmayacaq

Rusiya Gürcüstanla iqtisadi və humanitar əlaqələrin inkişafına dəstək verməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

O bildirib ki, Rusiya Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında ikinci yerdədir və əməkdaşlıq genişlənməkdə davam edir:

"Dövlətlər arasında həll olunmaz ziddiyyətlər olmur. Fikir ayrılıqları yarandıqda dərhal qonşu xalqları və dövlətləri bir-birinə qarşı qoymağın kimə sərf etdiyini müəyyənləşdirmək lazımdır. Bir qayda olaraq, bunun arxasında iqtisadiyyatın gəlirli sahələri, nəqliyyat-logistika dəhlizləri və resurslar üzərində nəzarəti saxlamaqda maraqlı olan Qərb qüvvələri dayanır".

Rusiya Təhlükəsizlik Şurasının katibi bu kontekstdə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin yaxınlarda verdiyi açıqlamaya istinad edib: “O bildirib ki, Rusiya ilə eskalasiya Almaniyanın və ya Litvanın maraqlarından irəli gələ bilər, amma Gürcüstanın maraqlarından yox”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026