• Bakı 27° C

    5.92 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Həddini aşan Rusiya KİMƏ GÜVƏNİRMİŞ? - DETALLAR 

SİYASƏT

18 Avqust 2026 | 15:52

Həddini aşan Rusiya KİMƏ GÜVƏNİRMİŞ? - DETALLAR 

"Müəyyən dairələrin ölkəmizə qarşı təxribat cəhdlərinin əsasən Rusiya dairələri tərəfindən idarə olunması narahatlıq doğurur".

Siyasi şərhçi Tural İrfan bunu Bakıvaxtı.az-a açıqlamasında bildirib. 

Ekspertin sözlərinə görə, səfirin dəvət olunaraq bu barədə baş verənlərlə bağlı etiraz ifadə olunması tam yerində atılmış addımdır: 

“Rusiya ilə qonşu ölkə olaraq Azərbaycan normal münasibətlərdə maraqlıdır. Lakin bəzi media və informasiya məkanında Azərbaycana qarşı hədyan və iftiraçı addımların atılması bu münasibətlərə kölgə salma cəhdidir".

Tural İrfan: Azərbaycana qarşı media təhdidləri münasibətlərin gərginliyini artıra bilər

Müsahibimiz deyib ki, Rusiyanın media qurumlarında Azərbaycan əleyhinə aparılan kampaniyanın dövlətlərarası münasibətlərə uyğun olmadığı məlumdur:

"Əsasən Ermənistanın Azərbaycanla sülh müqaviləsi məsələsi gündəmə gəldikdən sonra bu kimi xoşagəlməz halların baş verməsi bölgədə də sülh və sabitlik şəraitinin normal davamlılığına xələl gətirməyə hesablanıb. Hər bir halda bu kimi məsələlər yolverilməzdir və Azərbaycana qarşı media təhdidləri münasibətlərin gərginliyini artıra bilər”. 

Qeyd edək ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov bu gün  Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb. Xüsusilə, 13 avqust 2026-cı il tarixində “Çistota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib.

Bununla yanaşı, 7 avqust tarixində “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı səsləndirilən cəfəngiyyat, 9 avqust tarixində “YouTube” platformasında, 16 avqust tarixində isə “Spas” telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi xatırlanıb. Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb. 

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR