Prezident İlham Əliyev Laosdan olan tələbələrin Azərbaycanda təhsil alması üçün təqaüd sistemi təklif edib.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu İlham Əliyev Bakıda Laos Prezidenti Thonqlun Sisulitlə birlikdə mətbuat üçün bəyanatla çıxış edərkən bildirib.
Dövlət başçısı xatırladıb ki, Sovet İttifaqı dövründə Laosdan çoxlu tələbə Azərbaycanda təhsil alıb.
















