• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əraqçinin müavini: İllüziyaları tezliklə düzəldəcəyik

DÜNYA

18 Avqust 2026 | 18:46 | Müəllif: Gülşən Şərif

Əraqçinin müavini: İllüziyaları tezliklə düzəldəcəyik

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının ABŞ ərazisi kimi təsvir olunduğu fotonu paylaşmasına münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Qəribabadi “X” hesabında bununla bağlı paylaşım edib.

Əraqçinin müavini Trampın yayımladığı xəritədə Fars körfəzinin adının yazılışına diqqət çəkib.

“Tramp Fars körfəzinin adını düzgün yazdığı kimi, tezliklə onun Hörmüz boğazı ilə bağlı illüziyası da düzəldiləcək və ya biz bu illüziyanı quran adamın illüziyalarını düzəldəcəyik”, - Qəribabadi bildirib.

Qeyd edək ki, Tramp “Truth Social”da Hörmüz boğazının ABŞ ərazisi kimi təqdim olunduğu xəritənin fotosunu yayımlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026