• Bakı 26° C

    7.35 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

BMT bunu pislədi

DÜNYA

18 Avqust 2026 | 22:17

BMT bunu pislədi

BMT İsrailin Suriya ərazisinə son hava hücumları ilə bağlı narahatlığını bildirib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Dujarrik brifinqdə bildirib.

Onun sözlərinə görə, bu cür hücumlar yolverilməzdir və dayandırılmalıdır.

"Biz bu zərbələri gördük. Bu, Suriyanın ərazi bütövlüyünün və hava məkanının son dərəcə narahatedici pozulmasıdır. Belə hava hücumları dayandırılmalıdır; biz onlara qarşıyıq", - o deyib.

Daha əvvəl xəbər verilib ki, İsrailin Müdafiə Ordusu Suriyanın İdlib əyalətinin şərq hissəsindəki "Əbu əl-Duhur" hava bazasına səkkiz zərbə endirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR