• Bakı 26° C

    7.54 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

“Neftçi” daha bir transferini həyata keçirib

İDMAN

18 Avqust 2026 | 19:11

“Neftçi” daha bir transferini həyata keçirib

Serbiyalı hücumameylli yarımmüdafiəçi Draqolyub Saviç 2+1 il müddətində “ağ-qaralar”ın formasını geyinəcək. 25 yaşlı futbolçu ilə bu gün müqavilə imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, əsasən sol vinger mövqeyində çıxış edən Saviç yüksək sürəti, texnikası, hər iki ayağı ilə dəqiq ötürmələri və zərbələri ilə seçilir, komandanın oyun sistemindən asılı olaraq sağ və sol cinahlarda oynaya bilir.

O, Serbiya, Avstriya və Latviya klublarında çıxış edib. RFS klubu ilə Latviya çempionatının (2023, 2024) və kubokunun (2024) qalibi olub.

Sonuncu komandası TSC ilə ötən mövsüm Serbiya Superliqası və kubok yarışlarında 36 matçda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. 2026/27 mövsümündə isə Serbiya çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 1 qol ötürməsi ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR