• Bakı 27° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Sentyabrdan distant təhsilə hazır olmalıyıq - Misir Mərdanovdan REAKSİYA 

CƏMİYYƏT

19 Avqust 2026 | 11:36

Sentyabrdan distant təhsilə hazır olmalıyıq - Misir Mərdanovdan REAKSİYA 

Paytaxt Bakıda metro stansiyalarında aparılan yenidənqurma və dəyişikliklər, eləcə də bəzi küçələrin yenidən inşa edilməsi son günlər ictimaiyyətin diqqət mərkəzindədir.  Dərs ilinin başlamasına bir aydan da az vaxt qalması bu məsələnin şagird və tələbələr üçün əhəmiyyətini daha da artırır.

Metroda aparılacaq işlərin nəqliyyatın hərəkətinə və sərnişin sıxlığına necə təsir göstərəcəyi hələ də əsas müzakirə mövzusudur. Bu vəziyyət şagirdlərin və tələbələrin dərslərə vaxtında çatması ilə bağlı ciddi narahatlıq doğurur. Belə bir məqamda təhsil prosesinin alternativ formada-onlayn şəkildə təşkil edilməsi məsələsi də gündəmə gəlir. 

Maraqlıdır, indiki halda distant (məsafədən) formada təhsilə keçid mümkün variantlardan biri kimi nəzərdən keçirilə bilərmi?

Sabiq təhsil naziri Misir Mərdanov mövzu ilə bağlı Bakıvaxtı.az-ın sualını cavablandırarkən bildirib ki, qeyd edilən məsələlər distant təhsilə keçidə səbəb ola bilməz:

"Dərs ilinin başlanılmasına bir aya yaxın vaxt qalır. Düşünürəm ki, ona qədər aparılan tikinti işlərinin çoxu yoluna qoyular və distant təhsilə ehtiyac qalmaz".

Müsahibimiz hesab edir ki, cəmiyyət də, özümüz də distant təhsilə tam hazır deyilik. Dediyinə görə, ola bilər müəyyən yerlərdə, mərkəzi rayonlarda, Bakı, Sumqayıt və Gəncədə distant təhsilə keçid üçün şərait var, amma bütövlükdə regionlarda hələlik o şərait yoxdur. Ancaq yaxşı olar ki, biz buna hazır olaq.

Misir Mərdanov hesab edir ki, distant təhsil əyani tədrisi tam əvəz edə bilməz. Eyni zamanda tədris prosesində canlı ünsiyyət itməməlidir.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026