Kosmosa çıxan ilk fransız qadın astronavt Sofi Adenot avqustun 18-də amerikalı astronavt Anil Menon ilə birlikdə nasaz antenanı sökmək üçün ilk dəfə kosmosa çıxıb.
Bu hadisədən sonra cəmiyyətdə, eləcə də mediada onun aldığı əmək haqqı müzakirə predmeti olub.
Maraqlıdır, S.Adenotun maaşı nə qədərdir?
Bakıvaxtı.az “capital.fr”ə istinadən xəbər verir ki, fransız mühəndis və astronavt əslində heyrətamiz maaş almır. O, ayda 7.647.05 avrodan 8.464.41 avroya qədər əmək haqqı alır.
O, evlidir və bir övladı var. Lakin əslən Nyevre bölgəsindən olan astronavt müxtəlif güzəştlərdən faydalanır.
Aydın
Bakı 



