• Bakı 27° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Azərbaycanda siqaret BAHALAŞACAQ? - AÇIQLANDI 

CƏMİYYƏT

19 Avqust 2026 | 14:35

Azərbaycanda siqaret BAHALAŞACAQ? - AÇIQLANDI 

"Siqaretə niyə əlavə vergi tətbiq etməyək? Türkiyə bu təcrübədən istifadə edərək, qiymətləri bahalaşdırdı, qarşılığında da vətəndaşlara sağlam həyat tərzini aşıladı. Buna görə siqaret bahalı olmalıdır".

İqtisad-elmləri doktoru (Azərbaycan, Türkiyə, Rusiya), professor Zahid Məmmədov bunu Bakıvaxtı.az-ın sualını cavablandırarkən bildirib.  

"Məsələn, Finlandiyada uşaq, yeniyetmə və gənclər üçün bütün idman növləri ödənişsizdir. Lakin Azərbaycanda övladınızı idmana yazdırsanız, şahidi olacaqsınız ki, üzgüçülük üçün nəzərdə tutulan ödəniş 80 manatdan başlayır. Axı hamının buna imkanı çatmır. Yəni pulun yoxdursa, övladın da idmanla məşğul ola bilmir. Konkret olaraq, siqaretin qiymətlərini artırmalıyıq və artırılmış hissədən əldə edilən gəlirlər vasitəsilə idman növlərini uşaqlar üçün pulsuz etməliyik”. 

Zahid Məmmədov: Siqaretin qiymətlərini artırmalıyıq

Son zamanlar siqaret alüdəçilərinin sayının artdığını bildirən professor vurğulayıb ki, hətta siqaret istifadə edən qadınların da sayı artıb.

“Universitetlərin önlərinə diqqət edin, tələbələr elmi mövzu müzakirə etmək əvəzinə, oğlanlı-qızlı topa-topa yığışıb siqaret çəkirlər. Bütün siqaret növlərinin qiymətlərini artırmaq lazımdır. Artırılmış qiymət bilvasitə insanların sağlamlığına, o cümlədən gənclərin idman fəaliyyətinə yönəlməlidir. Bütün rayon və kəndlərdə idman növləri pulsuz olmalıdır. Çünki mən bu təcrübəni Finlandiyada görmüşəm. İnsanların sağlamlığını düşünməliyik. Bu mənada hesab edirəm ki, siqaret həmişə bahalı olmalıdır”, - deyə Zahid Məmmədov fikrini yekunlaşdırıb.   

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026