• Bakı 27° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Yanğın 1 aydan sonra söndürüldü - FOTO 

DÜNYA

19 Avqust 2026 | 14:52

Yanğın 1 aydan sonra söndürüldü - FOTO 

Fransanın cənubundakı Var departamentində 6,3 min hektar ərazini məhv edən böyük meşə yanğını tam söndürülüb.

Bakıvaxtı.az Fransa mediasına istinadən xəbər verir ki,  yanğın Qros-Bessillon kommunası ərazisində baş verib və onun söndürülməsi təxminən bir ay davam edib.

“Yanğın rəsmi olaraq söndürülmüş elan edilib”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, ilin əvvəlindən etibarən Fransada meşə yanğınları nəticəsində 119 min hektardan çox ərazi məhv olub. Ən böyük yanğın Jironda departamentində qeydə alınıb. Burada 42 min hektardan çox ərazi yanğından zərər görüb, 240 ev dağılıb. Dağılan evlərin 183-ü təbii fəlakətdən ən çox zərər çəkən Le Porge kommunasında yerləşib.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR