Ukrayna Ali Radasının deputatları Yevgen Xmara müdafiə naziri vəzifəsinə təyin edilməsini təsdiqləyiblər.
Bakıvaxtı.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, qərarın lehinə 312 deputat səs verib. Səsvermənin nəticələri Ali Radanın televiziya kanalı vasitəsilə canlı yayımlanıb.
Qeyd edək ki, iyulun 14-də Mixaylo Fedorov Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib. Onun istefasının səbəbləri sırasında Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsində çalışmış Aleksandr Sırskinin də yer aldığı fikir ayrılıqları göstərilib.
Günəş Mərd
Bakı 



