• Bakı 27° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Telefon uşağın həyatında nəyi əvəz edir?

CƏMİYYƏT

19 Avqust 2026 | 15:09

Telefon uşağın həyatında nəyi əvəz edir?

“Uşağa "gündə neçə saat telefondasan" sualından daha çox "telefon sənin həyatında nəyi əvəz edir" sualını vermək lazımdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, sosial mediadan çox istifadə avtomatik olaraq yaddaşın zəifləməsi demək deyil. Lakin uşağın uzun müddət telefonda olması onun yuxu rejiminə, fiziki aktivliyinə, dərslərinə və diqqətini cəmləmək qabiliyyətinə təsir göstərə bilər.

“Əgər telefon artıq uşağın yuxusunu, dərslərinin keyfiyyətini, idmanını, ailəsi və dostları ilə canlı ünsiyyətini əvəz edirsə, burada artıq problemdən danışmaq olar”, - deyə Leyla Bəşirova qeyd edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR