• Bakı 27° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Sosial media üçün “ideal yaş” varmı?
 

CƏMİYYƏT

19 Avqust 2026 | 15:20

Sosial media üçün “ideal yaş” varmı? 

“Yeniyetmələrin sosial mediadan istifadəsi üçün yalnız konkret yaş həddini əsas götürmək düzgün yanaşma deyil, burada uşağın fərdi psixoloji və emosional hazırlığı çox vacibdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova qurumun “Instagram” səhifəsində keçirilən canlı yayımda deyib.

O bildirib ki, yeniyetməlik dövründə beyin inkişaf etməyə davam etdiyi üçün onlar emosiyalarını idarə etmək və streslə mübarizə baxımından tam formalaşmış mexanizmlərə malik olmaya bilərlər:

“Buna görə də onlar başqalarının fikrinə, bəyənmələrə, “like”lara və həmyaşıdları tərəfindən qəbul olunmağa böyüklərdən daha həssas yanaşırlar. Amma deyə bilmərəm ki, sosial media yeniyetmələrin beynini korlayır. Burada əsas məsələ istifadə formasından asılıdır. Uşaq nə izləyir, kimlərlə ünsiyyətdə olur, nə qədər istifadə edir və sosial media onun real həyatında nəyi əvəz edir – bunlara diqqət edilməlidir”.

Həkim bu məsələdə valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb:

“Valideyn əvvəlcədən övladına sosial mediada hansı hallarla qarşılaşa biləcəyini və belə vəziyyətlərə necə reaksiya verməli olduğunu izah etməlidir. Uşaq düzgün reaksiya verməyi bilirsə, sosial medianın mənfi təsirlərindən qorunmaq daha asan olur".

Yaş məsələsinə gəlincə, Leyla Bəşirova qeyd edib ki, bunu yalnız hansısa rəqəmlə müəyyənləşdirmək düzgün deyil. Onun sözlərinə görə, bəzən 5 yaşında uşaq görüb zehni baxımdan kifayət qədər inkişaf etdiyi, böyükləri dinləyib qaydalara riayət etdiyi müşahidə olunur:

"Bəzən isə 14-15 yaşında övladda hələ yaşına uyğun emosional hazırlıq olmur. Ona görə də bu məsələ uşağın fərdi xüsusiyyətlərindən, psixoloji və emosional hazırlığından asılıdır, konkret yaş rəqəmindən yox”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR