Kamerunda qızıl mədəninin çökməsi nəticəsində azı 100 nəfər həlak olub.
Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, faciə Mərkəzi Afrika Respublikası ilə sərhəd yaxınlığında, qızıl yataqları ilə zəngin bölgədə baş verib.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Hadisə zamanı mədəndə neçə nəfərin olduğu dəqiq məlum deyil. İlkin məlumata görə, ölənlərin sayı 100 nəfərə çatıb. Qəzanın başvermə səbəbləri isə hələ açıqlanmayıb.
Xilasedicilər mürəkkəb şəraitdə fəaliyyət göstərirlər. Qalan tunellərdə əlavə çökmə təhlükəsi olduğundan ağır texnikadan istifadə edilmir. Dağıntıların təmizlənməsi əsasən əl ilə həyata keçirilir.
Xilasetmə işlərinin nə qədər davam edəcəyi və ölənlərin sayının artıb-artmayacağı hələlik məlum deyil.
Günəş Mərd
Bakı 



