• Bakı 28° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Yaponiya meri ajiotaj yaradan analıq məzuniyyəti ilə tarixə düşdü

DÜNYA

20 Iyul 2026 | 15:39

Yaponiya meri ajiotaj yaradan analıq məzuniyyəti ilə tarixə düşdü

Yaponiyanın qərbində yerləşən, təxminən 69 000 əhalisi olan Yavata şəhərinin meri Şoko Kavata ölkədə analıq məzuniyyətinə çıxan ilk mer oldu. 

Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, bu qərar ölkədə bəzi tənqidlərə səbəb olub.

Belə ki, Yavata şəhər işçiləri üçün 16 həftəlik analıq məzuniyyəti təmin edilsə də, mer vəzifəsi üçün belə bir protokolun mövcud olmadığını bildirilib.

Kavatanın sözlərinə görə, o, analıq məzuniyyətinə çıxan ilk mer olduğunu öyrənəndə  çox təəccüblənib:

"İnsanlar gender bərabərliyi və iş tərzi islahatlarından danışırlar, amma biz elə bir cəmiyyət qurmalıyıq ki, orada bütün peşə sahibləri, o cümlədən rəhbər vəzifələrdə çalışanlar uşaq sahibi olmaqdan çəkinməsinlər. Əks təqdirdə, doğum nisbətlərinin azalması nəticəsində əhalinin davamlı azalması və nəticədə iqtisadi pisləşmə qaçılmazdır"

Qeyd edək ki, yapon qadınları qanuni olaraq təxminən 14 həftəlik analıq məzuniyyəti tələb etmək hüququna malikdirlər. Onlar əmək haqlarının təxminən üçdə ikisi və doğum bonusu alırlar.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026