• Bakı 28° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Xersonda Rusiya FTX-nin koordinasiya mərkəzi vurulub

DÜNYA

20 Iyul 2026 | 15:13

Xersonda Rusiya FTX-nin koordinasiya mərkəzi vurulub

Ukrayna Təhlükəsizlik Xidməti Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) koordinasiya mərkəzinin vurulduğunu bəyan edib.

Bakıvaxtı.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib.

Məlumata görə, əməliyyatı "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin döyüşçüləri həyata keçiriblər. Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, zərbə FTX-nin koordinasiya mərkəzinə, eləcə də onun əməkdaşlarının Ukraynanın Xerson vilayətinin işğal olunmuş hissəsindəki pansionatlardan birində yerləşən dislokasiya yerinə endirilib.

Ukrayna Təhlükəsizlik Xidməti ehtimal edir ki, zərbə anında obyektdə 100-ə yaxın Rusiya hərbçisi olub.

Qurumun məlumatına görə, obyektin ərazisində həmçinin 70-dən çox avtomobil olub, silahlı mühafizə fəaliyyət göstərib, nəzarət-buraxılış məntəqələri, mühəndis maneələri və yeraltı sığınacaqlar təchiz edilib.

Təhlükəsizlik Xidmətindən bildirilib ki, FTX əməkdaşlarının dislokasiya yerinə 13 pilotsuz uçuş aparatı ilə zərbələr endirilib, bundan sonra obyektdə genişmiqyaslı yanğın baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026