• Bakı 30° C

    4.72 m/s

Əliqismət Lalayevə yeni vəzifə verilib

CƏMİYYƏT

20 Iyul 2026 | 21:27

Əliqismət Lalayevə yeni vəzifə verilib

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrının sabiq direktoru Əliqismət Lalayevə yeni vəzifə verilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, o, Milli Məclisin Mədəniyyət Komitəsində fəaliyyətə başlayıb.

Əliqismət Lalayev bildirib ki, komitənin sədri Polad Bülbüloğlu ilə yenidən birgə çalışır. Onun sözlərinə görə, daha əvvəl 12 il Mədəniyyət Nazirliyində, həmçinin əvvəlki dövrlərdə də Polad Bülbüloğlu ilə birgə fəaliyyət göstərib.

Ə. Lalayev yeni vəzifəsində çalışmaqdan məmnun olduğunu ifadə edərək, Polad Bülbüloğlu ilə eyni komandada fəaliyyət göstərməyi böyük şərəf və qürur hesab etdiyini qeyd edib.

Xatırladaq ki, Bu barədə Ə. Lalayev “Pərvizə görə”layihəsində də danışıb.

Nəzrin Mübariz


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026