• Bakı 28° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Starmer Baş nazir postu ilə vidalaşıb

SİYASƏT

20 Iyul 2026 | 14:41

Starmer Baş nazir postu ilə vidalaşıb

Böyük Britaniyanın istefa verən Baş naziri Kir Starmer Kral III Çarlza istefasını rəsmən təqdim etməzdən əvvəl Dauninq Stritdə vida çıxışı edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

    "Sizə və bu böyük ölkəyə Baş nazir kimi xidmət etmək həyatımın ən böyük şərəfi olub. Mənim işim başa çatdı", – Starmer bildirib.

    O, hökumətinin fəaliyyəti dövründə ölkədə mühüm irəliləyişlər əldə olunduğunu vurğulayıb.

    "Əminəm ki, Böyük Britaniya bu gün iki il əvvəl olduğundan daha güclü və daha ədalətli ölkədir", – o qeyd edib.

    Starmer çıxışında varisi Endi Börnhema da uğurlar arzulayıb və ona tam dəstəyini ifadə edib.

    "İndi estafeti Endi Börnhema təhvil verirəm və ona uğurlar arzulayıram. O mənim tam dəstəyimə malikdir", – sabiq Baş nazir bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Iyul 2026