• Bakı 24° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Qocalma prosesini ləngidən giləmeyvə 

CƏMİYYƏT

21 Iyul 2026 | 01:00 | Müəllif: Subhan Mahmudov

Qocalma prosesini ləngidən giləmeyvə

Qaragilə orqanizmdə qocalma prosesini ləngitməyə kömək edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Anton Polyakov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, bu giləmeyvənin tərkibində hüceyrələri sərbəst radikalların zərərli təsirindən qoruyan və orqanizmdə iltihabi prosesləri azaldan antosianlar (güclü antioksidantlar) var:

“Antosianlar eyni zamanda damarları möhkəmləndirdiyi üçün ürək-damar xəstəliklərinin profilaktikasında müstəsna rol oynayır”.

Həkim əlavə edib ki, qaragilə sümük toxuması və qan dövranı üçün vacib olan K vitamini, görmə qabiliyyətini yaxşılaşdıran A vitamini, həmçinin gözləri yaşla bağlı dəyişikliklərdən qoruyan lyutein maddəsi ilə də zəngindir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR