• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

ABŞ ordusu İrana qarşı son hücumlarını tamamladı - CENTCOM

DÜNYA

20 Iyul 2026 | 14:34 | Müəllif: Gülşən Şərif

ABŞ ordusu İrana qarşı son hücumlarını tamamladı - CENTCOM

ABŞ ordusu İrana qarşı daha bir seriya zərbələri endirib.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Mərkəzi Komandanlıq Komandanlığı bildirib ki, zərbələr İran hərbi komandanlıq mərkəzlərini, hava hücumundan müdafiə və sahil müşahidə obyektlərini, dəniz obyektlərini, raket və dron buraxılış məntəqələrini və rabitə şəbəkələrini hədəf alıb.

ABŞ ardıcıl doqquzuncu gecədir ki, İrana zərbələr endirir.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-nin bölgədəki, xüsusən də İordaniya və Küveytdəki hərbi bazalarına və obyektlərinə hücumları təsdiqləyib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026