• Bakı 28° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

KTN-nin avtomobillərinin və kollegiya üzvlərinin sayı artırılıb

CƏMİYYƏT

20 Iyul 2026 | 17:31

KTN-nin avtomobillərinin və kollegiya üzvlərinin sayı artırılıb

"Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)"ndə dəyişiklik olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) avtomobillərinin say həddi 79-dan 80-ə, aparat üzrə isə 19-dan 20-ə, nazirliyin kollegiya üzvlərinin sayı 13-dən 14-ə artırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026