• Bakı 26° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

İran rəsmisi vasitəçilərdən təkliflər aldığını açıqlayıb

SİYASƏT

20 Iyul 2026 | 13:38

İran rəsmisi vasitəçilərdən təkliflər aldığını açıqlayıb

İran vasitəçilər tərəfindən gərginləşmiş vəziyyətin yumşaldılmasına yönəlmiş bəzi təkliflər alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai məlumat verib.

"Biz vasitəçilərdən təkliflər almışıq, lakin icazənizlə hazırda detallara varmaq istəmirəm. Həqiqətən də bəzi ideyaların irəli sürüldüyünü təsdiqləyirəm", - deyə o, brifinqdə qeyd edib.

Qeyd edək ki, ABŞ və İran arasındakı münaqişənin növbəti kəskinləşmə mərhələsi iyulun 8-də başlayıb. Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq, Birləşmiş Ştatların Silahlı Qüvvələri Vaşinqtonla Tehran arasında memorandum imzalandıqdan bəri ilk dəfə İslam Respublikasının ərazisinə silsilə zərbələr endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını elan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026