• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır - BİRGƏ MƏLUMAT

MEDİA

20 Iyul 2026 | 18:40 | Müəllif: Subhan Mahmudov

Özəlləşdirmə çekləri ilə bağlı yayılan məlumatlar yalandır - BİRGƏ MƏLUMAT

Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının zəruriliyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Bakıvaxtı.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə məlumatında bildirilib ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib.

Bildirilib ki, vətəndaşlar bu cür saxta elanlara etibar etməsinlər:

"Naməlum telefon nömrələri ilə əlaqə saxlamasınlar, bank kartı rekvizitlərini, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və digər şəxsi-maliyyə məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməsinlər, eləcə də hər hansı ödəniş həyata keçirməsinlər. Hazırda həmin saxta məlumatlarla bağlı araşdırmalar aparılır".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026