• Bakı 28° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

CHP-də gərginlik: Keçmiş sədr postunu təhvil vermir

DÜNYA

20 Iyul 2026 | 15:10

CHP-də gərginlik: Keçmiş sədr postunu təhvil vermir

CHP Samsun Vilayət Mərkəzində məhkəmənin təyinatının "tamamilə etibarsız" elan edilməsi ilə vəzifəsindən uzaqlaşdırılan Mehmet Özdağ ilə onun yerinə təyin olunmuş Mehmet Pank arasında gərginlik yaranıb.

Bakıvaxtı.az bu barərə Türkiyə mediasına istinadla xəbər verir.

Məlumata görə, CHP Baş Mərkəzinin təyinat qərarından sonra yeni Vilayət sədri Mehmet Pank və onun nümayəndə heyəti rəhbərliyi öz üzərinə götürmək üçün vilayət mərkəzinə gəlib. Lakin qərarı qəbul etməyən keçmiş Vilayət sədri Mehmet Özdağ və onun rəhbərliyi binanı təhvil verməyəcəklərini bildirərək reaksiya veriblər.

Mehmet Özdağ ilə Mehmet Pank arasındakı qızğın mübahisə mobil telefon kameralarına çəkilib.

Pank və onun nümayəndə heyəti partiya mərkəzini tərk etdikdən sonra mübahisə başa çatıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026