• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Vüqar Əhmədov Xankəndidə vətəndaşları qəbul etdi - FOTOLAR

CƏMİYYƏT

20 Iyul 2026 | 17:34 | Müəllif: Qalib İbrahimoğlu

Vüqar Əhmədov Xankəndidə vətəndaşları qəbul etdi - FOTOLAR

Vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərişıq” ASC regionlarda yerli sakinlərlə mütəmadi olaraq görüşlər təşkil edir.

Bakıvaxtı.az xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyulun 20-də Xankəndi Elektrik Şəbəkəsinin inzibati binasında Xankəndi, Şuşa, Xocalı və Ağdərədə yaşayan vətəndaşlarla görüşüb.

Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Adı çəkilən şəhər və rayonların sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işləri barədə məmnunluqlarını ifadə edib, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

“Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri kimi regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.


Vüqar Əhmədov Xankəndidə vətəndaşları qəbul etdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026