• Bakı 29° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

“Patriot” ZR kompleksləri üçün ucuz raketlər istehsal olunacaq

DÜNYA

21 Iyul 2026 | 00:50

“Patriot” ZR kompleksləri üçün ucuz raketlər istehsal olunacaq

Amerika Birləşmiş Ştatlarının “Lockheed Martin” şirkəti ABŞ və digər NATO ölkələrinin əsas hava hücumlarından müdafiə sistemlərindən olan “Patriot” zenit-raket kompleksləri üçün yeni – daha ucuz raketlər növü istehsal edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin yazdığına görə, Pentaqon pilotsuz uçuş aparatları və raketlərə qarşı mübarizə üçün daha sərfəli həllər axtardığı bir vaxtda müdafiə sənayesi podratçıları kütləvi şəkildə ucuz silah istehsal edən startapların artan rəqabəti ilə üzləşirlər.

“Lockheed Martin” bildirib ki, yeni “PAC-3 Adapted Capability Effector” (ACE) raketinin qiyməti hazırda istifadə olunan “PAC-3 MSE” raketinin tam dəyərinin yarısından da az olacaq. ABŞ Ordusunun büdcə sənədlərinə əsasən, bir ədəd PAC-3 MSE raketinin qiyməti təxminən 4 milyon ABŞ dollarıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026