• Bakı 28° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Qulaqcıqdan uzun müddət istifadə təhlükəlidirmi? – Mütəxəssis açıqladı

CƏMİYYƏT

21 Iyul 2026 | 10:45

Qulaqcıqdan uzun müddət istifadə təhlükəlidirmi? – Mütəxəssis açıqladı

Son illər qulaqcıqlardan istifadə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Artıq uşaqdan böyüyə qədər bir çox insan küçədə, ictimai nəqliyyatda, işdə, idman edərkən, hətta evdə belə saatlarla qulaqcıqdan istifadə edir. Bununla yanaşı, yol keçərkən və ya nəqliyyatda hərəkət zamanı qulaqcıqdan istifadə edənlərin sayı da artır ki, bu da təhlükəsizlik baxımından narahatlıq doğuran məqamlardan biri hesab olunur.

Bəs qulaqcıqlardan uzun müddət və düzgün istifadə edilmədikdə sağlamlığa hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman həkim Elnur Əkbərov bildirib ki, satışda olan qulaqcıqlar sağlam insanın eşitmə həddinə uyğun hazırlanmış cihazlardır.

"Bu səbəbdən həmin cihazlardan normal qaydada istifadə hər hansı problem yaratmamalıdır. Ümumiyyətlə, ABŞ-nin Nitq və Eşitmə Cəmiyyətinin tövsiyəsinə əsasən, qulaqcıqlardan istifadə zamanı səs səviyyəsi maksimum gücün 60 faizini keçməməli və istifadə müddəti gün ərzində 1 saatdan artıq olmamalıdır".

Elnur Əkbərov:  Məhz buna görə də qeyd olunan tövsiyələrə əməl etmək vacibdir

Həkimin sözlərinə görə, səs daha yüksək şiddətdə və ya daha uzun müddət dinlənildikdə daxili qulaqdakı tükcüklü hüceyrələr zədələnə bilər:

"Nəticədə eşitmənin zəifləməsi ilə müşahidə olunan və təəssüf ki, bəzi hallarda geri dönməyən koxlear nevrit inkişaf edir. Məhz buna görə də qeyd olunan tövsiyələrə əməl etmək vacibdir. Xüsusilə xroniki xəstəlikləri və maddələr mübadiləsi pozuntuları olan şəxslərə yüksək səs şiddətində qulaqcıqdan istifadə tövsiyə edilmir. Çünki bu qrup insanlarda eşitmə qabiliyyətinin zədələnmə riski daha yüksəkdir".

Elnur Əkbərov əlavə edib ki, qulaq seyvanını tam örtən və xarici qulaq keçəcəyini qapayan qulaqcıqlardan istifadə zamanı risk daha yüksək olur:

"Belə qulaqcıqlardan yüksək səs şiddətində və 1 saatdan artıq istifadə edildikdə daxili qulağın zədələnmə ehtimalı artır".

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR