Endi Bernem Ues Stritinqi Böyük Britaniyanın müdafiə naziri təyin edib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Böyük Britaniyanın Baş naziri Endi Börnhemin qərarı ilə Müdafiə Nazirliyinə keçmiş səhiyyə naziri Ues Stritinq rəhbərlik edəcək.
Ues Stritinq Böyük Britaniyanın müdafiə naziri postuna təyin olunmasını böyük şərəf adlandırıb.
"Biz silahlı qüvvələrimizi bütün zəruri resurslarla təmin edəcəyik və beynəlxalq müttəfiqlərimizin, xüsusilə Ukraynanın yanında möhkəm dayanacağıq", - deyə yeni müdafiə naziri bildirib.
Xatırladaq ki, Endi Börnhem bir qədər əvvəl xarici işlər və maliyyə nazirlərinin də adlarını açıqlamışdı. Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə Leyboristlər Partiyasının keçmiş lideri Ed Milibend rəhbərlik edəcək, maliyyə naziri postunu isə keçmiş müdafiə naziri Con Hili tutacaq.
Zeynəb Rzayeva
Bakı 



