• Bakı 30° C

    4.72 m/s

İran Bəhreyndə "Amazon"un məlumat mərkəzinə hücum edib

DÜNYA

21 Iyul 2026 | 09:54

İran Bəhreyndə Amazonun məlumat mərkəzinə hücum edib

İran ABŞ-ın "Darxoveyn" Atom Elektrik Stansiyasına endirdiyi zərbəyə qanadlı raketlərlə cavab verib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Amerikanın "Amazon" şirkətinin Bəhreyndə yerləşən məlumat mərkəzinin (data-center) infrastrukturuna bir neçə qanadlı raketlə zərbə endirildiyini və obyekti sıradan çıxardığını bəyan edib.

SEPAH-dan bildirilib ki, bu addım ABŞ ordusunun Darxoveyndə tikilməkdə olan obyektlərə və mülki infrastruktura təşkil etdiyi hücuma cavab xarakteri daşıyır.

Qeyd edək ki, iyulun 19-da İranın Atom Enerjisi Təşkilatı ölkənin cənub-qərbində inşa edilən "Darxoveyn" atom elektrik stansiyasının ABŞ Silahlı Qüvvələrinin zərbələrinə məruz qaldığını açıqlamışdı.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026