Qaradağ rayonunda soyğunçuluq hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, belə ki, naməlum şəxs gecə saatlarında rayon ərazisində yerləşən marketlərdən birinə müştəri qismində daxil olaraq talama cinayəti törədib. Hadisə zamanı marketdə çalışan satıcının müdaxiləsinə baxmayaraq, şübhəli şəxs ərazidən uzaqlaşaraq hadisə yerini tərk edib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 41 yaşlı R.Hüseynov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Bakı 



