• Bakı 29° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Endi Börnhem ilk Trampla danışdı - YENİLƏNİB

DÜNYA

21 Iyul 2026 | 00:23

Endi Börnhem ilk Trampla danışdı - YENİLƏNİB

Böyük Britaniyanın yeni baş naziri Endi Bernem ABŞ Prezidenti Donald Trampla ilk telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, söhbətin təfərrüatlarını Britaniya Baş nazirinin dəftərxanası açıqlayıb.

Bernem həmsöhbətini futbol üzrə dünya çempionatının uğurla keçirilməsi münasibətilə təbrik edib.

"Baş nazir Böyük Britaniyanın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinə sadiq olduğunu vurğulayıb", - bəyanatda deyilir.

Britaniya lideri Trampa öz siyasi planlarını açıqlayıb və Böyük Britaniyanın "müttəfiqlərin təhlükəsizliyinin təmin olunması"na sadiqliyini vurğulayıb.

Qeyd edək ki, Endi Bernem iyulun 20-də baş nazir postunu tutub. O, may ayında keçirilən yerli səviyyəli seçkilərdəki məğlubiyyəti fonunda hakim Leyboristlər Partiyasının deputatlarının təzyiqi altında istefa verməyə məcbur olan Kir Starmeri əvəz edib.

20 iyul, 19:22

 

Böyük Britaniyanın yeni baş naziri Endi Börnhem ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Skay Nyus" məlumat yayıb.

Qeyd olunub ki, bu, Börnhemin ölkənin baş naziri kimi ilk beynəlxalq telefon danışığıdır.

Söhbətin təfərrüatları hələlik açıqlanmır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026