• Bakı 30° C

    4.72 m/s

Xarkovda daha bir partlayış oldu

DÜNYA

21 Iyul 2026 | 10:25

Xarkovda daha bir partlayış oldu

Ukraynanın Xarkov şəhərində gün ərzində üçüncü partlayış baş verib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, yerli "Obşestvennoe" nəşrinin verdiyi məlumata görə, şəhərdə yenidən partlayış səsi eşidilib.

Hadisənin təfərrüatları barədə hələlik ətraflı məlumat verilmir və yerli hakimiyyət orqanları rəsmi açıqlama yaymayıb.

Bildirilir ki, bu, günün əvvəlindən bəri şəhərdə qeydə alınan üçüncü partlayışdır.

Qeyd edək ki, əhalinin xəbərdar edilməsi üzrə rəsmi resursların məlumatına əsasən, hazırda Xarkov vilayətində hava həyəcanı siqnalı qüvvədədir.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026