• Bakı 28° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi

İDMAN

20 Iyul 2026 | 19:11

Sabah bu cütün favoritidir - KuPS-un baş məşqçisi

KuPS-un baş məşqçisi Miika Nuutinen UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"a qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, finlandiyalı mütəxəssis Azərbaycan təmsilçisini cütün favoriti hesab etdiyini deyib.

"Burada olduğumuz üçün şadıq. Rəqibi ətraflı analiz etmişik. "Sabah"ın Uelsin TNS klubuna qarşı keçirdiyi hər iki oyuna baxmışıq. Bizi çətin qarşılaşmalar gözləyir. Rəqibin ustalıq səviyyəsi yüksək olan futbolçuları var. Topa yaxşı nəzarət edirlər. Bizim üçün asan olmayacaq. Açığını desəm, "Sabah" bu cütün favoritidir. Hazırda bütün fikrimiz sabahkı oyundadır".

Qeyd edək ki, "Sabah" - KuPS oyunu iyulun 21-də saat 20:00-da keçiriləcək


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026