• Bakı 28° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

DÜNYA

20 Iyul 2026 | 19:00

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

İtaliyanın Rusiyadakı hərbi attaşesi heç bir səbəb göstərilmədən ölkədən çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Rusiya heç bir əsas olmadan Moskvadakı İtaliya hərbi attaşesini əməkdaşı ilə birlikdə ölkədən çıxarıb. Söhbət onlardan (İtaliya diplomatlarından - red.) fərqli olaraq, milli təhlükəsizliyimizə zərər vuran casusluq fəaliyyəti həyata keçirərkən cinayət başında saxlanılan iki Rusiya hərbi attaşesinin İtaliyadan çıxarılmasına verilən nümayişkaranə cavabdan gedir", - İtaliya diplomatiyasının rəhbəri yazıb.

Xatırladaq ki, iyulun 9-da Tayani Rusiya hərbi attaşelərinin Romadan çıxarılması ilə bağlı qərar verildiyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026