• Bakı 28° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Nigeridə terror aktı: 23 yaralı, 16 əsgər ölüb

DÜNYA

20 Iyul 2026 | 14:50

Nigeridə terror aktı: 23 yaralı, 16 əsgər ölüb

Ölkənin qərbində Niger Müdafiə və Təhlükəsizlik Qüvvələrinin bölməsinə edilən terror hücumu nəticəsində ən azı 16 əsgər həlak olub, 23 nəfər yaralanıb.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum Mali və Burkina Faso ilə sərhəd yaxınlığında, qərbi Tillaberi bölgəsində baş verib. Müdafiə və Təhlükəsizlik Qüvvələrinin hava qüvvələrinin dəstəyi ilə sürətli reaksiyası terrorçuları geri çəkilməyə məcbur edib. Bununla yanaşı, 15  terrorçu öldürülüb, 5 motosiklet ələ keçirilib.

Ərazidə axtarış, təmizləmə və təhlükəsizlik əməliyyatları davam edir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026