• Bakı 28° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9456

    RUB - 2.1745

Gündə 5 fincana qədər qəhvə içmək təhlükəsizdir

DÜNYA

20 Iyul 2026 | 16:02

Gündə 5 fincana qədər qəhvə içmək təhlükəsizdir

Yeni araşdırmaya görə, gündəlik 400 mq-a qədər qəhvə içmək təhlükəsizdir.

Bakıvaxtı.az "NDTV"yə istinadən xəbər verir ki, bununla bağlı Amerika Ürək Assosiasiyası (AHA) tərəfindən elmi yazı dərc olunub.

Elmi yazıda qeyd olunub ki, əksər yetkinlər ürək-damar riskini artırmadan gündə 400 mq-a qədər kofein qəbul edə bilərlər. Orta dərəcədə qəhvə istehlakı bir sıra ürək-damar xəstəliklərinin riskini azalda bilər.

"Qəhvədə istehlak edilən kofein milyonlarla insanın gündəlik həyatının əsas hissəsidir və ən son tədqiqatların icmalında əksər yetkinlər üçün gündə 400 mq-a qədər kofein qəbulu təhlükəsizdir və ürək-damar riskini artırmır", - yazıda qeyd olunub.

Elmi açıqlamada həmçinin kofeinin insanlara genetika, maddələr mübadiləsi, yaş, dərmanlar və kofein qəbulunun vərdişindən asılı olaraq fərqli təsir göstərdiyi izah olunub. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyul 2026