Hindistanın şimal və şimal-şərq ştatlarında tüğyan edən güclü leysan yağışları, daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 25 nəfər ölüb.
Bakıvaxtı.az "İndia Today"ə istinadən xəbər verir ki, fəlakətin ən ağır zərbə vurduğu bölgələrdə vəziyyət gərgin olaraq qalır.
Xüsusən də Cəmmu və Kəşmirin Puunç, Racuri və Doda rayonlarında baş verən sürüşmələr və sel suları 15 nəfərin ölümünə səbəb olub. Çox sayda insan itkin düşüb. Eyni zamanda yollar, körpülər və onlarla ev dağılıb.
Hindistan Meteorologiya Departamenti xəbərdarlıq edir ki, aktiv musson yağışları növbəti 6-7 gün ərzində də şimal-qərb və şimal-şərq regionlarında davam edəcək. Bu isə yeni daşqın və sürüşmə riskini dəfələrlə artırır.
Gülşən Şərif
Bakı 



