• Bakı 23° C

    10.53 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

 “Qarabağ”da növbəti transfer 

İDMAN

21 Iyun 2026 | 21:04

 “Qarabağ”da növbəti transfer 

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, Xorvatiyanın “Riyeka” klubu ilə danışıqlar uğurla yekunlaşıb və qapıçı Martin Zlomisliç “köhlən atlar”a transfer olunub.

Bosniya və Herseqovinalı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper komandamızda 23 nömrəli formanı geyinəcək.

“Şiroki Briyeq” klubunun yetirməsi olan qapıçı 2017-ci ildə əsas komandada debüt edib. Martin Zlomisliç 2021-ci ildə “Riyeka”ya keçib.

Bosniya və Herseqovinanın U-19 və U-21 yığmalarında çıxış etmiş qolkiper 2024-cü ildən əsas millidə forma geyinir. Millidə 3 oyuna çıxan Martin Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alıb.

Qeyd edək ki, Martin Zlomisliç yay transfer pəncərəsində “Qarabağ”ın beşinci transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa “Qarabağ”a qoşulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026