• Bakı 23° C

    10.53 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Azərbaycan boksçuları "Olimpiya ümidləri" turnirində 12 medal qazanıblar

İDMAN

21 Iyun 2026 | 19:19

Azərbaycan boksçuları Olimpiya ümidləri turnirində 12 medal qazanıblar

 Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda boks üzrə "Olimpiya ümidləri" turnirinə yekun vurulub.

Bakıvaxtı.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 2 kateqoriya üzrə yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi 12 – 7 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.

U-19-lar arasında təşkil olunan turnirdə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq) və Səftər Məmmədzadə (+90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gülər Hüseynova (54 kq) gümüş, Şahin Aslanovla (65 kq) Rza Rzayev (70 kq) bürünc medala sahib olublar.

U-17-lərin yarışında Aysel Fərəcova (48 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (80 kq) birinci yeri tutublar. Aydan İsmayıllı (48 kq) ilə Fatimə Məmmədli (50 kq) isə gümüş medala yiyələniblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026