• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Qalatasaray" kubokla vidalaşdı

İDMAN

23 Aprel 2026 | 00:01 | Müəllif: Subhan Mahmudov

"Qalatasaray" kubokla vidalaşdı

Bu gün futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, mərhələnin ikinci qarşılaşmasında "Qalatasaray" "Rams Park"da "Gənclərbirliyi" ilə üz-üzə gəlib.

Həftəsonu Super Liqa çərçivəsində rəqibini 2:1 məğlub edən "cim-bom" bu dəfə Ankara təmsilçisinə "diş keçirə" bilməyib.

Qonaqlar 2:0-lıq qələbə ilə "Qalatasaray"ı kubokdan kənarda qoyublar.

Fıratcan Uzum və Adama Traorenin qollarıyla "Gənclərbirliyi" adını yarımfinala yazdırıb.

"Qırmızı-qaralar"ın yarımfinaldakı rəqibi "Trabzonspor" - "Samsunspor" cütünün qalibi olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026