q
  • Bakı 13° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

"Milan"ın yay transfer büdcəsi bəlli oldu

İDMAN

22 Aprel 2026 | 20:56

Milanın yay transfer büdcəsi bəlli oldu

"Milan" rəhbərliyi qarşıdan gələn yay transfer pəncərəsi üçün maliyyə planını müəyyənləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, "Il Giorno" nəşrinin məlumatına görə, klub yeni transferlər üçün ilkin olaraq 50 milyon avro vəsait ayıracaq. Bununla yanaşı, klub bəzi futbolçuların satışından əldə olunacaq gəliri də birbaşa transfer büdcəsinə əlavə etməyi planlaşdırır. Bu yolla komandanın heyətini daha da gücləndirmək hədəflənir.

Qeyd edək ki, hazırda "Milan" İtaliya A Seriyasında uğurlu çıxışını davam etdirir. 33 turdan sonra aktivində 66 xalı olan milanlılar turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıblar. 


SON XƏBƏRLƏR