q
  • Bakı 12° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9957

    RUB - 2.2716

Okan Buruk türk futbolunun tarixinə keçə bilər

İDMAN

23 Aprel 2026 | 12:28

Okan Buruk türk futbolunun tarixinə keçə bilər

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk 26 aprel tarixində “Fənərbaxça” ilə keçiriləcək derbidə komandanın sükanı arxasında 200-cü oyununa çıxacaq.

Bakıvaxtı.az-ın xəbərinə görə, o, 2022-ci ildən bəri İstanbul klubunu çalışdırır və bu müddətdə bir sıra rekordlara imza atıb.

Qeyd edək ki, Burukun rəhbərliyi altında “Qalatasaray” üç Super Liqa çempionluğu qazanıb və ümumilikdə beş kubok əldə edib.

Komanda onun dövründə həm ölkə daxilində, həm də Avropada uğurlu nəticələrlə yadda qalıb.

Təcrübəli məşqçi bu derbidə yeni bir yubileyə imza ataraq tarixə düşməyə hazırlaşır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

22 Aprel 2026