• Bakı C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

ABŞ-də qar fırtınası səbəbindən minlərlə uçuş ləğv edildi

DÜNYA

24 Fevral 2026 | 10:17

ABŞ-də qar fırtınası səbəbindən minlərlə uçuş ləğv edildi

ABŞ-nin şimal-şərqində qar fırtınası səbəbindən 6000-dən çox uçuş ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "FlightAware" məlumat yayıb.

Qeyd edilib ki, Con F. Kennedi, LaQuardia və Nyuark Liberti Beynəlxalq hava limanları da daxil olmaqla Nyu-York ərazisindəki hava limanlarında təxminən 1500 uçuş ləğv edilib. Boston, Filadelfiya və Vaşinqtondakı digər böyük hava limanlarında da uçuşlar ləğv edilib. Daha 17000 uçuş təxirə salınıb.

Şimal-şərqdə əlverişsiz hava şəraiti səbəbindən ictimai nəqliyyat dayandırılıb, hərəkət məhdudiyyətləri tətbiq edilib və yollardan kənarda qalmaq barədə xəbərdarlıqlar edilib.

Massaçusets ştatının qubernatoru Maura Healy Bristol, Plimut, Barnstable və Dukes qraflıqlarında nəqliyyat vasitələrinin hərəkətini qadağan edən sərəncam imzalayıb.

İndiyə qədər ən azı beş ştatda 6 futdan çox qar yağıb və rəsmilər fırtınanın son 150 ilin ən dağıdıcılarından biri ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

23 Fevral 2026