Yeddi nəfəri daşıyan tibbi təyyarə Hindistanın Carxand əyalətində qəzaya uğrayıb. Təyyarə Rançidən Yeni Dehliyə tibbi uçuş həyata keçirirmiş".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Agentliyin məlumatına görə, "Redbird Airways" şirkətinə məxsus "Beechcraft C90" təyyarəsi paytaxta uçmaq üçün havaya qalxıb, lakin uçuşdan təxminən 23 dəqiqə sonra heyətlə əlaqə kəsilib və təyyarə radarlardan itib. Daha sonra onun ucqar, meşəlik əraziyə düşdüyü bildirilib.
Qəza yerinə xilasetmə xidmətləri göndərilib, lakin relyef əməliyyatı çətinləşdirir. Hakimiyyət orqanları qəzanın səbəbini araşdırmaq üçün araşdırmaya başlayıb.
Aynur Babazadə
Bakı 




