“Bu tədris ilindən etibarən süni intellekt daha geniş tətbiq ediləcək”.
Bakıvaxtı.azxəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, tədris ilinin sonunda təhsil sənədləri elektron şəkildə qəbul ediləcək.
Bu məsələ ilə bağlı hazırda işlər görüldüyünü deyən V.Xanlarov qeyd edib ki, bütün təhsil sənədləri tamamilə elektron şəkildə olacaq. Dediyinə görə, bir neçə ay ərzində, əgər şagirdlərə sənəd lazım olarsa, kağız şəklində verilə bilər:
“Lakin bu tədris ili başa çatdıqdan sonra bütün sənədlər yalnız elektron formada veriləcək. Bu, sənədlərin təqdim edilməsini daha sürətli və təhlükəsiz edəcək”.
V.Xanladov onu da bildirib ki, əvvəllər sənədlər aylarla gözlənilirdi, amma indi elektron sistem vasitəsilə 10 gün ərzində əldə edilə biləcək.
Aynur Babazadə
Bakı 




