• Bakı C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

MM-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

SİYASƏT

24 Fevral 2026 | 11:07

MM-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Bakıvaxtı.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib ki, Birinci Qarabağ müharibəsi dövründə ermənilər soydaşlarımıza qarşı soyqırım cinayətləri törədib.

    Sahibə Qafarova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Qələbə sayəsində xalqımıza qarşı etnik təmizləmələrə son qoyulub, Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alınıb.

    Spiker təklif edib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.

    Parlamentdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Əli Hüseynov


    SON XƏBƏRLƏR

    23 Fevral 2026